“Ukrayna ona azlıq edir. Hələ Qazaxıstanla da dalaşmaq lazımdır”
Putinin Qazaxıstanla bağlı qalmaqala çevrilən açıqlamasına Rusiyanın müxalifət lideri Boris Nemtsovdan sərt reaksiya gəlib. O, baş verənlərlə bağlı fikirlərini öz facebook səhifəsində paylaşıb:
«Bax belə! Ukrayna ona azlıq edir. Hələ Qazaxıstanla da dalaşmaq lazımdır.
Putinin çıxışı: «Nursultan Nazarbayev heç zaman dövlət olmayan ərazidə dövlət qurmağa nail oldu».
Artıq Qazaxıstanda etiraz aksiyaları başlayıb. Nazarbayev bəyan edib ki, əgər onun ölkəsinin müstəqilliyinə və suverenliyinə təhdid varsa, o, Avrasiya İttifaqından çıxmağa hazırdır.
Beləliklə, Gömrük İttifaqı Putinə qarşı sanksiyalar və Belarusla Qazaxıstanın iştirakı olmadan məhvə məhkumdur.
Qonşulardan özünə düşmən düzəltmək və daha sonra bizim pulumuz hesabına onların loyallığını almaq ağıllı siyasətdir, elə deyilmi?
Rusiyanın qonşuları ilə münasibətlərindəki gərginlik Avropa Birliyinin genişlənməsinin fonunda xüsusilə qabarıq görünür. Putinin hakimiyyətdə olduğu müddətdə Avropa Birliyinə daha 13 dövlət qoşulub və hazırda bu təşkilatda 28 dövlət var. Amma bu müddət ərzində Putinin ittifaqına heç kim qoşulmayıb. Heç kim. Putin isə qonşuları ilə ya müharibə, ya da düşmənçilik aparır. Ona elə gəlir ki, ətrafında yalnız düşmənlər və satqınlar var. Bir nəfərin natamamlığı və kompleksləri milyonlar üçün problemə çevrilib».
azadliq.info