İsgəndər Xəlilovun xalası oğlu Abbas Abbasova qarşı çıxdı
“Azərbaycan Dünyası” jurnalının təşkilatçılığı “Qafqazda və Dağıstanda yaşayan azərbaycanlıların son aylarda yaranmış problemləri” ilə bağlı mətbuat konfransı keçirib.
Tədbirdə Dərbənd meri Qurbanov Qurbanovla Dağıstanın prezdenti Raamaz Abdullatipov arasındakı qarşıdurmada baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da rolunun olduğu vurğulanıb. Qeyd edək ki, Abbas Abbasovla Ramazan Abdullatipov arasında dostluq münasibətləri var. Istisna deyil ki, Abbas Abbasov bu qarşıdurmada Ramazan Abdullatipovu müdafiə edir. Görünür, elə bu baxımdan tədbir işçtirakçıları baş verənlərə görə həm də Abbas Abbasovu günahlandırıblar.
Maraqlıdır ki, “Azərbaycan dünyası” jurnalının təsisçisi Eldar Ismayılov Abbas Abbasovun sədri olduğu “Milyarderlər Ittifaqı”nın təsisçilərindən olan iş adamı Isgəndər Xəlilovun xalası oğludur. Lakin o, Dərbənd merinin açıq müdafiəçisi kimi çıxış edib. “Orada yaşayan azərbaycanlıların hüquqlarını pozaraq onların seçdiyi Qurban Qurbanovu işdən çıxarmaq istəyirlər”, – deyə o, bildirib.
Eldar Ismayılovun Ramazan Abdullatipova, deməli, həm də Abbas Abbasova qarşı çıxması bu qənaəti yaradır ki, Isgəndər Xəlilov Dərbənd məsələsində başqa mövqedədir.