Şəki şəhər Məhkəməsinin qərarı ilə AXCP Şəki şöbəsinin sədri Əli Abdullayevə və Ali Məclisin sədri Rauf Abdürrəhmanlıya 5 sutka həbs cəzası verilib, Məclis üzvü Mübariz Əbdülkərimova və Gənclər Komitəsinin sədri İslam Həsənova 500 manat cərimə kəsilib.
***
Ötən gün həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü münasibətilə ictimai fəallar flash-mob keçiriblər. Flash-mobda AXCP Şəki rayon şöbəsinin fəalları da iştirak edib. Bu aksiyanın keçirilməsi rayon rəhbərliyində narahatlıq yaradıb və Şəki cəbhəçiləri polis idarəsinə çağırılıb.
Şəkidən “Azadlıq” a verilən məlumatda bildirilir ki, hal-hazırda AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev, Ali Məclisin sədri Rauf Abdürrəhmanlı, Məclis üzvü Mübariz Əbdülkərimov və Gənclər Komitəsinin sədri İslam Həsənov Şəki rayon polis idarəsində dindirilir.