Bu gün “Azərbaycan saatı” televiziya proqramının www.azerbaycansaati.com adlı saytı istifadəyə verilib. Sayt barədə proqramın redaktoru Seymur Həzi məlumat verib. S.Həzi bildirib ki, azerbaycansaati.com hələlik, əsasən daycest tipli fəaliyyətdə olacaq. «Yerli və xarici mətbuatdan seçmələr olacaq. Ölkə mediası, eləcə də ictimaiyyət bu saytdan yararlana biləcək. Saytda xarici mətbuatda Azərbaycan haqqında gedən yazılar, mühacirət jurnalistləri və mühacir təşkilatların fəaliyyəti, təbii ki, həm də “Azərbaycan saatı” proqramının videomaterialları olacaq».