Avropa Şurasının Baş katibi Elmar Məmmədyarovla əlaqə saxlamaq tapşırığı verib
Avropa Şurasının baş katibi Torbyorn Yaqland hüquq müdafiəçisi Leyla Yunusun həbsi və onun həyat yoldaşı Arif Yunusa qarşı ittihamlar barədə aldığı informasiyalardan dərin narahatlıq keçirdiyini bildirib.
Baş katib əlavə informasiyaların alınması üçün köməkçisinə tapşırıq verib və yeri gəlsə, xəbərin dəqiqləşməsi ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlamağı vacib sayıb. Mən məhkəmə orqanlarından gözləyirəm ki, onlar vətəndaş cəmiyyətinin iki aparıcı nümayəndəsi ilə sorğu-sualı Avropa Şurasının standartlarının tələblərinə uyğun keçirəcək (Turan).