“Biz Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ liderləri, Avropa Şurası prezidenti və Avropa Komissiyasının rəhbəri Rusiyanın son addımları ilə bağlı öz dərin narahatlığımızı ifadə edirik. Rusiya Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqiliyini təhdid etməkdə davam edir. Biz növbəti dəfə Rusiyanın Krımı özünə ilxaq eləməsini və Şərqi Ukraynada stabiliyi pozmasını pisləyirik. Bu beynəlxalq hüququn kobud formada pozulmasıdır və qəbuledilməz sayılır”. G7-i liderləri belə bir bəyanatla çıxış ediblər. Onlar eyni zamanda Malaziya təyyarəsinin vurulmasını pisləyərək, baş verənin hərtərəfli araşdırılmasını tələb edirlər: “Bu dəhşətli hadisə Ukraynadakı proseslərdə dönüş nöqtəsi olmalıdır. Rusiya qanunsuz hərbi birləşmələrə dəstəyini dayandırmalıdır. Bu həftə biz Rusiyaya qarşı əlavə sanksiyalar qəbul etdik. Bununla Rusiya rəhbərliyinə göstərmək istəyirik ki, onlar separatçılara dəstəyini dayandırmalı və siyasi prosesin başlaması üçün şərait yaratmalıdır. Biz Ukraynadakı proseslərin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Və hesab edirik ki, prezident Poroşenkonun “sülh planı” dərhal işə salınmalıdır. Rusiyanın konfiliktin həlli istiqamətindəki addımları sanksiyaların aradan qaldırılmasına gətirib çıxara bilər. Əgər bu edilməsə, bizim Rusiyaya qarşı addımlarımız davam edəcək”.
azadliq.info