Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 26-da İstanbulda yerli “Başakşəhər” klubunun ev oyunları üçün nəzərdə tutulan stadionun açılışına qatılıb. O, açılış nitqində stadionun Başakşəhər Fatih Terim adlanacağını bildirib.
“Başakşəhər” klubu Türkiyənin birinci liqasında çıxış edir.
Açılış mərasimindən sonra stadionda Ərdoğanın da qatıldığı simvolik qarşılaşma keçirilib. Narıncı və ağ formada olan tanınmışlardan ibarət komandalar iki 15 dəqiqə oynayıblar. Ərdoğan narıncılarda 12 nömrə ilə çıxış edib. Bu, Türkiyədə 12-ci prezident seçkilərinin keçiriləcəyini simvolizə edib. Ərdoğan ilk 15 dəqiqəni oynayıb və 3 qol vurub. Fasilədən sonra o, meydanı tərk edib.
Oyun isə 9-4 Ərdoğanın komandasının xeyrinə bitib.