Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” klubunun sponsru ola bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.
Xəbərlərə görə “Türk Telekom” şirkəti ilə yeni müqavilə imzalamayan klub yeni sponsor axtarışındadır. SOCAR-ın “Qalatasaray” klubunun rəhbərliyi ilə artıq anlaşmaq üzrə olduğu bildirilir. İddia olunur ki, yaxın günlərdə Dövlət Neft Şirkəti ilə klub arasında müqavilə imzalana bilər. SOCAR-ın “Qalatasaray”a 20 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edək ki, Qalatasaray”a sponsorluq etmək istəyən şirkətlər arasında “Samsung”, “Fly Emirates”, “Etihad”, “Gazprom” kimi şirkətlərin adı keçir.