AXCP NİDA-çıların məhkəməsində baş verənlərə reaksiya verdi
“İyulun 18 də Bakı Apeliyasiya məhkəməsində NİDA-çı gənbclərin işi üzrə keçirilən məhkəmə toplantısıdaki insident bir daha göstərdi ki, Azərbaycan hökuməti nəinki insanları şərləyir, işgəncə ilə boyunlarına ağır cinayətlər qoymaq istəyir, hətta onlarla şahidin gözü önündə məhkəminin formal olduğunu da göstərməkdən çəkinmir. Məhkəmə zalında iştirakçıları zorakılıqla hədələyir. Bu sözlər AXCP-nin məlum hadisə ilə bağlı bəyanatındandır. Belə ki, yuxarıda göstərilən tarixdə NİDA-çı gənclərin vəkili Xalid Bağırov öz müvəkkilinə məktub vermək istəyərkən ədliyyə nazirliyinin işçiləri tərəfindən zorakılığa məruz qalmışdır. Üstəlik məhkəmə zalından və müdafiə olunanlar tərəfindən bu hadisəyə etiraz edildikdə Ədliyyə Nazirliyinin işçiləri zala gözyaşardıcı qaz gətirərək ondan istiofadə edəcəklərini bildiriblər. AXCP bəyan edir ki, bundan öncə də ədliyyə nazirliyinin pentensiyar xidmətinin maşınında NİDA-çı gənclərə qarşı gözyaşardıcı qazdan istrifadə edilmişdi. Habelə, ilkin məhkəmə istintaqı zamanı məlum olmuşdu ki, sonradan hökumətə əfv ərizəsi yazmağa məcbur edilən gənclər də həbs edilərkən işgə\ncələrə məruz qalıblar. Sonuncu olay isə açıq sübut edir ki, NİDA-çı gənclərin məhkəməsi və digər bütün siyasi xarakterli işlərə baxan məhkəmə prosesləri nəinki həqiqi heç formal məhkəmə standartlarına da cavab vermir, hakimiyyət hətta məhkəmə tamaşası qura bilmir.
AXCP bir daha hökuməti qanunları bu qədər aşağalamamağa və sosial qəzəbdən çəkinməyə, dünya ictimaiətini və xüsusilə ölkə ictimaiətini bu olaya biganə yanaşmamağa çağırır.