Trayan Beseskunun qardaşı korrupsiyada ittiham edilir
Rumıniya prezidentinin qardaşı həbs olunub. ANS PRESS-in məlumatına görə, Trayan Beseskunun qardaşı korrupsiyada ittiham edilir. Açıqlanan rəsmi açıqlamada bildirilib ki, prezidentin qardaşı hakim və prokurorları pulla ələ salmaq istəyib: “Mirça Besesku kriminal avtoritet Sandu Angel barəsində əlverişli məhkəmə hökmü çıxarılması məqsədilə hakim və prokurorların pulla ələ alınması barədə cinayət işi çərçivəsində həbs edilib”.
Qeyd edək ki, onun həbsi barədə qərar gizli kameranın köməyi ilə çəkilmiş videoyazının mediaya çıxmasından sonra həyata keçirilib.
Videoyazıda Rumıniya prezidentinin qardaşı “qanunda oğru” Angelin həbsdən azad olunmasına yardım etmək üçün mükafat vəd edir. Bunun üçün dövlət başçısının nüfuzundan Rumıniyanın Ali Məhkəmə Kassasiya Palatası sədrinə təsir etmək üçün istifadə etməyi planlaşdırır.
Prezidentin qardaşı ilə sövdələşmə faktını Angelin özü və onun qohumları təsdiqləyir.
Qalmaqal ölkədə böyük siyasi gərginliyə səbəb olub. Baş nazir Viktor Ponta prezidenti ietafaya səsləyib: “Avropa ölkəsinin rəhbəri kimi belə vəziyyətdə istefa verməlidir”. O, xəbərdarlıq edib ki, əgər dövlət başçısının bu qalmaqalla əlaqəsi sübuta yetirilərsə, hakim koalisiyadan olan deputatlar parlamentdə impiçmenti səsə qoyacaqlar.
Besesku özü istefa verməkdən imtina edib. O, bəyanatla çıxış edərək bildirib ki, “heç vaxt qardaşı ilə Angel üzərində proseslə bağlı məsələləri müzakirə etməyib”.