Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav iyunun 8-də Dovildə bildirib ki, Ukrayna Şimali Atlantika Alyansının siyasətinin prioritetlərindən biri olaraq qalır.
Amerikalı generalın sözlərinə görə, NATO-nun ikinci prioriteti dinc məsələlərin həllinə keçid olub, lakin Ukraynadakı vəziyyət durumu kardinal şəkildə dəyişib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında bildirilir.
“Bizim tərəfdaş kimi baxdığımız ölkə, Ukraynanın “üsyankar qonşusu” özünü “tərəfdaş kimi” aparmır və NATO siyasətinə meydan oxuyur”, – o vurğulayıb.
O həmçinin qeyd edib ki, Alyans Rusiya ilə körpü qurmağa cəhd göstərdi, lakin etibarlı münasibətlərin qurulması cəhdləri Rusiya tərəfindən uğursuzluğa uğradıldı.
Genaral bildirib ki, hazırda NATO-nun səyləri Rusiya ilə qonşu dövlətlərin təhlükəsizliyinin təminatına yönəlib. (contact.az)