Türkiyə prezidenti Abdullah Gül oğlunun məzuniyyəti üçün getdiyi ABŞ-da gözlənilməz sualla qarşılaşıb. ANS PRESS-in məlumatına görə, Gül oğlu Mehmet Emrenin məzun olduğu Harvardda çıxış edib. Harvard Tibb Mərkəzi mütəxəssislərindən olan Dr.Emrah Altındiş “Türkiyədə insanlar öləndə gecələr necə yata bilirsiniz? Əllərinizdən qan axdığını görmürsünüz? Belə dövlətin başında olmaqdan utanmırsınız?” sualı ilə prezidentə müraciət edib. E.Altındaş Gəzi parkı hadisələrinin ildönümü yaşandığını xatırladıb. “Türkiyənin 8 vətəndaşı öldürülüb, 90 nəfər başından travma alıb, 9 insan gözünü itirib”.
Prezident isə soyuqqanlığını qoruyub. O, mütəxəxssisə “İndi sən məni dinlə. Heç kim sənə belə sual vermək haqqı verməz. Bu hadisələr başqa ölkələrdə də olur. Gəzi parkında başlayan aksiyalar sonradan nəzarətdən çıxıb və ora qanunsuz təşkilatlarda qatılıb. Bunlar təbii ki, çox təssüf doğuran haldır”.