Ukraynanın Baş naziri Arseni Yatsenyuk Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Krımın ilhaqı və ölkənin şərqində Rusiya tərəfdarlarının iğtişaşları ilə Sovet İttifaqını bərpa etməyə çalışa bildiyini deyib.
Arseni Yatsenyuk video bağlantı vasitəsilə Amerikanın NBC tele şirkətinin “Mətbuatla görüş” (“Meet the Press”) proqramına qoşulub. Bazar günü yayımlanan müsahibə zamanı Arseni Yatsenyuk cənab Putinin onun inandığı kimi son məqsədi ilə bağlı narahatlığını ifadə edib.
“Mən bu əsrin ən böyük fəlakətinin prezident Putinin himayəsi ilə Sovet İttifaqının bərpa edilməsi ola biləcəyini hesab edirəm”-deyə o, müsahibə zamanı bildirib.
Bundan öncə Rusiya Ukraynanın şərqində Slavyanks şəhəri yaxınlığında Pasxa ilə əlaqədar elan edilmiş atəşkəsin pozulması ilə nəticələnmiş atışma ilə bağlı hiddətini bildirmişdi.
Rəsmilər Rusiya tərəfdarları separatçıların nəzarətində olan yoxlama məntəqəsində baş vermiş atışma zamanı iki nəfərin öldüyünü bildiriblər.