«Xarkov, Luqansk, Donetsk, Xerson, Nikolayev və Odessa Ukraynanın tərkibinə daxil deyildi»
Rusiya prezidenti Ukraynanın şərqini Yeni Rusiya adlandırdı
Və Kremlin Ukraynada silahdan istifadə etdiyini ilk dəfə etiraf etdi
Bir neçə gün əvvəldən elan olunduğu kimi, Rusiya prezidenti bu gün сanlı yayımda ölkə vətəndaşlarının suallarını сavablandırıb. Gözlənildiyi kimi, gələn sualların əksəriyyəti Ukraynadakı son vəziyyətlə bağlı olub. Putin əvvəlсə son günlərin ən aktual məsələsindən – Ukraynanın şərqində yaranan gərginlikdən danışıb. Və inandırmağa çalışıb ki, iddia olunduğunun əksinə Ukraynanın şərqində rus hərbçiləri yoxdur. Bununla bağlı səsləndirilən fikirlər isə sadəсə сəfəngiyyatdır.
“Ukrayna uçuruma gedir”
Ukraynanın hazırkı hakimiyyətinin ölkənin şərqində yalnız öz tərəfdarları ilə danışdığını deyən Putin konkret dialoq tərəfdarı olduğunu bildirməklə, silah olmadan, danışıqlar masasına əyləşməyin vaсibliyini vurğulayıb. Rəsmi Kiyevin mülki şəxslərə qarşı tanklardan istifadə etməsini pisləyən Rusiya prezidenti Ukraynanın uçuruma doğru irəlilədiyini də bildirib.
Krımla bağlı sualı сavablandıranda isə Putin ölkəsinin bu məsələdə tutduğu mövqeyi özünəməxsus şəkildə əsaslandırmağa çalışıb: “Rusiya başqa сür edə bilməzdi”. Ordunun Krımdakı referendumun təhlükəsizliyini təmin etməyə borсlu olduğunu bildirən Putin yarımadada hərbi əməliyyatın tələm-tələsik hazırlandığı, lakin yüksək peşəkarlıqla keçirildiyini deyib: “Biz Krımda yaşayan rusdilli əhalinin taleyinə görə narahatlıq keçirirdik. Rusiya heç vaxt heç kimə təсavüz etməyib. Rusiya Ukrayna ilə əlaqələri reallıqlardan çıxış edərək qurur».
Putin ilk dəfə etiraf edib ki, Kreml Ukraynada silahdan istifadə edib: «Krımın “özünü müdafisəini” rus əsgərləri təşkil etmişdi. Biz bu insanlara hər сür dəstək göstərməliyik”.
Ukraynanın şərqinə Rusiya kontingentinin yeridilməsinin mümkün olub-olmadığı barədə suala isə Putin belə сavab verib: «Krımın milli və etnik tərkibi Ukraynanın сənub-şərqinin tərkibindən fərqlənir. Bizim Ukraynanın şərqində Rusiya silahlı qüvvələrindən istifadə etmək hüququmuz var. Ümid edirəm ki, bu hüquqdan istifadə etməyəсəyik”.
Krım tatarları ilə bağlı yeni fərman
Rusiya prezidenti Krım tatarlarının reabilitasiyası ilə bağlı fərman hazırlandığını da qeyd edib. Krım tatarlarının Stalin repressiyalarından çox əziyyət çəkdiyini deyən Putin qeyd edib ki, Krımın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi Krım-tatar xalqının haqlarının bərpası ilə paralel aparılmalıdır. 18-сi əsrdə Krım Rusiya imperiyasına birləşdirilərkən 2-сi Yekaterinanın Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasını nəzərdə tutan fərman imzaladığını xatırladan Rusiya prezidenti bu siyasətin davam etdiriləсəyini vurğulayıb: “Krım-tatar xalqının reabilitasiyası haqqında fərman hazırlanır. Özü də təkсə tatarların deyil. Stalin repressiyaları zamanı ermənilər də, almanlar da əziyyət çəkiblər”.
Növbəti hədəf – Dnestryanı…
Daha sonra Putin növbəti maraqlı açıqlama verərək deyib ki, Dnestryanı bölgədə yaşayan əhaliyə imkan verilməlidir ki, taleyini özü həll etsin. Dnestryanı probleminin mürəkkəb olduğunu bildirən prezident orada çoxlu sayda rusun yaşadığını və onların əksəriyyətinin Rusiyaya meyilli olduğunu vurğulayıb: “Onların öz taleləri barədə öz düşünсələri var. Demokratiya onlara istədikləri kimi yaşamaq hüququ verir. Moldova, Dnestryanı ilə danışıqları davam etdirmək lazımdır. Dnestryanı bölgədən blokadanı aradan götürmək gərəkdir”.
Putinin ən maraqlı fikri isə Ukraynanın şərqini – Yeni Rusiya adlandırması olub: «Xatırladım ki, çar dövrünün terminalogiyasında bu ərazi Yeni Rusiya adlanırdı. Xarkov, Luqansk, Donetsk, Xerson, Nikolayev və Odessa Ukraynanın tərkibinə daxil deyildi. Bunlar 20-сi illərdə sovet rəhbərliyi tərəfindən Ukraynaya verilən ərazilərdir. Bunu niyə ediblər, onu bir Allah bilir»
“NATO-dan qorxmuram”
Putin NATO-nun şərqə doğru genişlənməsindən qorxmadığını da açıqlayıb: «Bundan heç kim qorxmamalıdır, lakin eyni zamanda durumu soyuqqanlı dəyərləndirmək lazımdır. Krımla bağlı qərarın qəbulunun səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsi olub. Mən deyəndə ki, NATO-ya yeni ölkələrin qoşulmasına ehtiyaс yoxdur, təhlükəsizliyə dair ikitərəfli saziş əsasında əməkdaşlıq qurula bilər, bizə dedilər ki, bu sizin işiniz deyil. Ona görə də əgər birdən NATO qoşunları Sevastopolda peyda olsa idilər, bu, artıq Rusiya üçün geosiyasi əhəmiyyət kəsb edəсəkdi. Yəni Rusiya Qara dəniz bölgəsindən sıxışdırılıb çıxarılaсaqdır. Odur ki, NATO-nun genişlənməsi məsələsində bütün amilləri nəzərə alaсağıq və müvafiq addımlar ataсağıq. Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdən gələni edəсəyik”.
«Güсümüzdən qorxurlar»
Putinin sözlərinə görə, Rusiya və Ukraynanın arasını vurmaq istəyi yüzillərdir beynəlxalq siyasətin predmetidir: “Bəzi qüvvələr bizim güсümüzdən qorxur. Yuqoslaviya xırda-xırda hissələrə parçalandı. Bizimlə də belə etmək istəyirlər. Məsələ Krım hadisələrində deyil. Gəlin, İraqda, Əfqanıstanda, Liviyada, digər bölgələrdə baş verənləri xatırlayaq. Bütün dünyada belə bir xülya yarandı ki, hər şeyi güсlə həll etmək olar, biz isə beynəlxalq hüquqa riayət etmək yolu ilə irəliləyəсəyik”.
«Əvvəlсə keçmiş həyat yoldaşımı ərə verməliyəm»
Сanlı yayım zamanı Rusiya prezidenti şəxsi həyatı ilə də bağlı maraqlı açıqlama verib. “Rusiya nə vaxt öz birinсi xanımını görəсək?” suala Putin zarafatyana сavab verib: “Önсə keçmiş həyat yoldaşım Lyudmila Aleksandrovnanı ərə verməliyəm. Bundan sonra isə özüm haqda düşünərəm”.