Deputat Vahid Əhmədov Azərbaycan banklarında kredit faizlərinin dərəcələrinin yüksək olmasını şərh edərkən maraqlı fikir səsləndirib. Vahid Əhmədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti məmurlara məxsusdur. Onun fikrincə, bank faizlərinin yüksək olmasında bu amilin də rolu var.
Vahid Əhmədovun fikirləri tamamilə həqiqətdir. Azərbaycanda bank sektoru həqiqətən də hakim ailənin və bir neçə iri çaplı məmurun nəzarətindədir. Bu sırada nəqliyyat naziri Ziya Məmmədovun (Bank of Azərbaycan), Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun (Bank Respublika), vergilər naziri Fazil Məmmədovun (Ata Bank), neft şirkətinin prezidenti Rövnəq Abdullayevin (Xalq Bank) və “Azəryolservis”in şefi Cavid Qurbanovun (Dəmir Bank) adını çəkmək olar. Azərbaycanda ən iri banklardan olan “Kapital Bank” isə hakim ailəyə məxsusdur. Hakim ailənin nəzarətində olan banklardan biri də “Paşa Bank”dır. Beləliklə, ölkəni talayan məmurlar həm də banklar vasitəsilə xalqı soyurlar.