Krımın işğalına görə Avropa Birliyinin fərdi sanksiya tətbiq edəcəyi Rusiya məmur və oliqarxlarının siyahısı yayılıb.
Sanksiyaya məruz qalacağı deyilənlər Putinin ən yaxın ətrafından deputatlar, güc nazirliklərinin rəhbərləri, məmurlar və onun biznes ortaqları olan oliqarxlardır.
Siyahını “facebook”da “Hərbi-siyasi təhqiqatlar mərkəzi” ictimai təşkilatının rəhbəri Dmitri Timçuk paylaşıb. Onun iddiasına görə, siyahı barədə Avropa Birliyindəki mənbələrdən məlumat alıb.
Siyahıda olan adlardan bir neçəsi:
Federal Təhlükəsizlik Bürosunun (FSB) şefi Aleksandr Bortnikov
Prezidentinin müşaviri Sergey Qlazev
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Müdafiə naziri Sergey Şoyqu
Prezidentin köməkçisi Vladislav Surkov
Qara dəniz donanmasının komandanı Aleksandr Vitkov
Federasiya Şurasının sədri Valentin Matvienko
Dövlət Dumasının xarici işlər komitəsinin sədri Aleksey Puşkov
Hökumət başçısının müavini Dmitri Roqozin
Dепутат Vladimir Jirinovski
Çeçenistan prezidenti Ramzan Kadırov
“Rusiya bu gün” informasiya agentliyinin direktoru Dmitri Kiselyov
“Qazprom”un sədri Aleksey Miller
“Rosneft”in prezidenti İqor Seçin
“Rusiya dəmir yolları” Səhmdar Cəmiyyətinin prezidenti Vladimir Yakunun.
Siyahıya Putinin özünü salıb-salmadıqları isə bəlli deyil.
Xatırladaq ki, Avropa Parlamenti Rusiyaya qarşı sanskiyaların birinci mərhələsinə razılıq verib və Krımdakı fəaliyyətindən geri çəkilməsə daha şiddətli sanksiyalarla üzləşəcəyi haqda Kremli xəbərdar edib.