NATO xüsusi aviasiya kompleksi ilə (AWACS) təchiz olunmuş müşahidə təyyarələrini Polşa və Rumıniyaya göndərir. Təyyarələr Ukraynadakı hadisələri nəzarətdə saxlamaq üçün bu ölkələrin hava məkanında keşik çəkəcəklər.
Bu barədə BBC NATO-dakı adını gizli saxladığı mənbəyə istinadla məlumat yayıb.
Mənbə deyib ki, müşahidə təyyarələri Alyansın Ukraynadakı hadisələrin inkişafa barədə məlumat almaq imkanlarını artıracaq. Mənbə həmçinin, təyyarələrin istisnasız olaraq NATO ölkələrinin sərhədləri daxilində hərəkət edəcəyini bildirib.
azadliq.info