Vəfa Quluzadə: “Bu proses bütün post sovet ölkələrində,o cümlədən Rusiyada da baş verəcək”
İki gün öncə Ukrayna özünün tarixi günlərindən birini yaşadı. Ukrayna xalqının müqaviməti, öz hüquqları uğrunda çarpışması öz nəticəsini verdi. Avropa İttifaqı ilə Assosasiya sazişi imzalamaqdan imtina edən Yanukoviç istefa verdi, Yuliya Timaşenko həbsədn azad edildi, xalq öz hakimiyyətini yenidən formalaşdırmağa start verdi. Rusiyanın təzyiqləri, təhdidləri, çabaları heç bir nəticə vermədi. tarix bir daha sübut etdi ki, xalqın iradəsinin qarşısında heç bir qüvvə duruş gətirə bilməz.
Ukraynanın yeni prezidenti olacaq şəxsin Rusiya ilə hansı münasibətdə olacağı məlumdur. Bəllidir ki, Ukraynada etirazlar Yanukoviçin Avrointeqrasiyadan imtina etməsindən sonra başladı. O da bəllidir ki, Yanukoviçin bu addımı atmasında Rusiyanın böyük rolu var idi. Çünki, Rusiyanın “Avrasiya İttifaqı” projesinin reallaşması üçün, Ukrayna ən mühüm faktor idi.
Bəs, indiki şəraitdə Rusiyanın “Avrasiya İttifaqı” arzusunun taleyi necə olacaq?
Politoloq Vəfa Quluzadə hesab edir ki, demokratik dəyişikliklər Rusiyanın özündə də baş verəcək: “ Sovet İttifaqı rejim kimi çöksə də, Sovet İttifaqında olan korrupsiya, ideologiya, ənənələr tam sökülüb atılmayıb. Ukraynada da keçmiş Sovet ənənələrinin hökmranlığı var idi. Rusiya etiraf edirdi ki, Ukraynasız imperiyanı bərpa etmək mümkün deyil. Ona görə də Rusiya xalqın inamını itirmiş Yanukoviçi dəstəkləyirdi. Rusiyanın təzyiqlərinə görə Yanukoviç xalqına xəyanat etdi. Ukrayna xalqı isə öz iradəsini ortaya qoydu və Avropa İttifaqı, Amerika xalqı dəstəklədi. Ona görə də Rusiyanın projesi baş tutmadı. İndi Rusiya və Belarus KİV-lərinin Ukraynaya girişi qadağan olunub. Çünki, hər 2 ölkə anti-Ukrayna təbliğatı aparır. Rusiya Ukraynanın itirilməsini özü üçün böyük məğlubiyyət sayır. Rusiya artıq ölkələri özünə tabe etdirmək gücündə deyil. birinci mərhələdə Sovet rejimi çökdü,indi isə sovetdən qalmış bütün ənənələr sökülüb atılacaq. Və bu proses yalnız Ukraynada deyil, bütün post sovet ölkələrində, o cümlədən Rusiyada baş verəcək”.
Akif