Spiker parlamentdəki səsvermə biabırçılığından ciddi narahat olub
Milli Məclisin sonuncu iclasında baş verən səsvermə biabırçılığı spiker Oqtay Əsədovun narahatlığına səbəb olub. Xatırladaq ki, həmin iclasda qanunların qəbulu zamanı bir neçə deputat həmkarlarının da əvəzinə səs verib. Bu foto və videogörüntülərlə ictimailəşəndən sonra sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Bu saxtkarlığa görə parlamentin buraxılması məsələsi gündəmə gətirilib.
“Azadlıq”a daxil olan məlumatlara görə, Oqtay Əsədov baş verənləri özünə yönəlik atılmış addım hesab edir. Spiker düşünür ki, məsələnin sürətlə ictimailəşməsi və müzakirələrə səbəb olması rəqiblərinin işidir. Oqtay Əsədov həmçinin bunu baş nazir postuna iddialı olmasından dolayı gündəmə gətirildiyini düşünür. Məlumatlara görə, artıq spiker məsələ ilə bağlı araşdırıma aparmağa başlayıb.
Oqtay Əsədovun nə düşünməyindən asılı olmayaraq Milli Məclisdə səsvermə saxtakarlığı dəfələrlə olub və bu barədə mətbuatda yazılıb. Sadəcə baş verənlər bu dəfə foto və videogörüntülərlə ictimailəşib.
Informasiya şöbəsi