Türkiyənin populyar nəşrlərindən olan “Yeni Şafak” qəzeti növbəti dəfə Milli Şuranın namizədi Cəmil Həsənliyə yer ayırıb. Qəzetin 6 oktyabr sayında Cəmil Həsənlinin seçkiqabağı vəziyyəti aydınlatan mövqeyinə yer verilib.
Cəmil Həsənli təşviqat kampaniyasında televiziyadan hakimiyyətin korrupsiya əməllərini bank hesablarına qədər dəlillərlə açıqladığını bildirib. “Normal ölkələrdə belə faktlar ortaya çıxanda iqtidar istefaya getməyə məcbur olur. Təəssüf ki, Azərbaycanda belə deyil. İqtidar, korrupsiya ilə məşğul olduğunu isbat etdiyimiz halda görəvini davam etdirir”, – deyə C.Həsənli qeyd edib.
Milli Şuranın namizədi Türkiyə ilə əlaqələr mövzusunda da fikirlərini bölüşüb: “Biz Qərbə inteqrasiyanın çox önəmli olduğunu düşünürük. Hesab edirik ki, bu inteqrasiya Qərbin Azərbaycana ən yaxın ölkəsi olan Türkiyədən başlaya bilər. Türkiyə ilə əlaqələrimizi mənfəətlər üzərində yox, gerçək qardaşlıq üzərində qurmalıyıq”.