Londonda səfərdə olan Milli Şuranın prezidentliyə vahid namizədi qarşıdan gələn seçkilərdə səslərin qorunması üçün hər bir qanuni vasitəyə əl atılacağını deyib.
“Bütün məntəqələri müşahidə qrupları ilə təmin etməkdə qərarlıyıq”, BBC Azərbaycancaya baş çəkən Cəmil Həsənli bildirib.
Milli Şuranın vahid namizədi öncəki öhdəkilərini təsdiqləyərək iki il davam edəcək keçid dövründən sonra siyasi səhnədən çəkiləcəyini qeyd edib.