QOÇ
Sakitliyinizi saxlamaqla diqqət və səliqəlik tələb olunan işlərdə uğur qazana bilərisiniz. Müttəfiqlərlə aranızda fikir ayrılığı yaşanacaq, amma siz doğru olduğunuzu isbatlayacaqsınız. Istənilən münasibətin aydınlaşdırılması üçün əlverişli gündür.
BUĞA
Sizi sevməyənləri vicdanlı olmağınızla, düzgünlüyünüzlə təsirsiz hala gətirəcəksiniz. Yeni dost qazanacaqsınız. Ünsiyyət dairənizi genişləndirməyin faydası var. Bugünkü hərəkətlərinizi ətrafdakılar düzgün qiymətləndirəcəklər.
ƏKIZLƏR
Baş fırlandıran macəra axtarışındasınız. Narahat olmayın, bu istəyinizə bu gün yetəcəksiniz. Faydalı informasiyadan səmərəli istifadə edəcəksiniz. Həyat təcrübəniz düzgün qərar çıxarmağa imkan verəcək. Ümumilikdə gün məhsuldar olacaq.
XƏRƏNG
Bu gün ciddi səhvlərə yol verməyəcəksiniz. Maliyyə işlərində (əmlakla bağlı sənədlərin rəsmiləşdirilməsi, ödənişlərin edilməsi və s.) səliqə-səhman yaradın. Ehtimal ki, bu gün gəliriniz olacaq. Səfərə çıxmaq barədə düşünmək olar.
ŞIR
Gün yaxşı əhvalınız olmasıyla yadda qalacaq. Şən və həyatsevər olacaqsınız. Gün boyu nikbinlik sizi tərk etməyəcək. Çətin tapşırıqları yerinə yetirmə xoşunuza gələcək. Yumor hissinizlə ünsiyyətdə olduğunuz kəsləri cəlb edəcəksiniz.
QIZ
Planlarınız böyük miqyaslı olacaq. Konfrans və seminarlarda iştirak etmək üçün səmərəli gündür. Diqqət mərkəzində olacaqsınız. Mebel, məişət texnikası və s. bu kimi əşyalar almaq üçün əlverişli gündür. Nihaka girmək üçün də münasib gündür.
TƏRƏZI
Gün yorucu, lakin məhsuldar işlə bağlı olacaq. Əməkdaşlıqla bağlı uzun müddətli sövdələşmə imzalayacaqsınız. Ailə-məişət problemlərini də həll etmək olar. Yaşlılarla ünsiyyətdə olun, faydasını görərsiniz.
ƏQRƏB
Bir sıra problemləri həll etmək imkanınız olacaq. Yaxşı olar ki, əvvəlcədən qurduğunuz plan üzrə hərəkət edəsiniz. Qarşınızda yeni perspektivlər açılacaq. Yadda saxlayın, bu gün kimlər üçünsə gördüyünüz işin gec də olsa layiqli mükafatını alacaqsınız.
OXATAN
Qarşınızda ciddi tapşırıqlar duracaq. Bu işdə etibarlı adamın köməyinə ehtiyacınız olacaq. Həyata baxışınızı dəyişəcək informasiya alacaqsınız. Yaxşı olar ki, böyük məbləğli alış-verişdən uzaq durasınız.
OĞLAQ
Gələcəklə bağlı planlar qurmaq olar. Günün ikinci yarısında mötəbər qadın şəxslə yaxınlıq etmək üçün təşəbbüs göstərin. Ən yaxın adamınızı sevindirməyin yolunu tapacaqsınız. Şənlik, əyləncəli mərasim keçirmək üçün münasib gündür.
DOLÇA
Investisiya, biznes-planla bağlı suallara cavab tapacaqsınız. Ünsiyyət üçün münasib gündür. Axşam saatlarında qonağınız olacaq. Yaxşı olar ki, səhhətinizə də fikir verəsiniz.
BALIQLAR
Gün sizi xoş müstəvidə təəccübləndirəcək. Gün özünə inam tələb edir, əks halda çətinliklər yaranır. Teatr, kinoya getmək üçün münasib gündür. Romantik macəra da istisna deyil.