Gözəl Bayramlı: «Qərbi azərbaycanlılar Azərbaycanda 3-cü dəfə avtoritar rejimin ömrünün uzadılmasını dəstəkləməyəcək»
Hakimiyyət seçki öncəsi ənənəvi taktikasına müracəit etməkdədir. Əhalinin müxtəlif sosial qruplarının hakimiyyəti dəstəklədiyi fonun yaradılması hakimiyyətin çoxdankı siyasi texnalogiyasıdır.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin 9 oktyabr prezident seçkiləri ilə bağlı bəyanatı da bu qəbildəndir. Təşkilat qarşıdan gələn prezident seçkilərində Qərbi azərbaycanlıların I.Əliyevi dəstəkləyəcəyini bildirib.
Azərbaycan cəmiyyətini ciddi siyasi, sosial problemlər narahat etdiyi, sorğuların nəticəsində əhalinin mütləq əksəriyyətinin hakimiyyətin yürütdüyü siyasətdən narazı olduğu halda bu bəyanatı nə dərəcədə reallığa uyğun saymaq olar.
AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, adı çəkilən təşkilatın Qərbi azərbaycanlılar adından danışmağa haqqı yoxdur. I.Əliyevə dəstəyin yalnız təşkilat sədrinin şəxsi mövqeyi ola biləcəyini deyən G.Bayramlı vurğuladı ki, nəyə görə bu təşkilat Qərbi azərbaycanlıların hakimiyyət tərəfindən hüquqları pozulanda səsini çıxarmırdı: “Qərbi azərbaycanlılar Xalq Hərəkatında fəal iştirak ediblər. Qərbi azərbaycanlılar tarixən demokratiya tərəfdarı olublar. Ona görə Qərbi azərbaycanlılar Azərbaycanda 3-cü dəfə avtoritar rejimin ömrünün uzadılmasını dəstəkləməyəcək”.
Xəyal