REAL sədri Avropa Komissiyasının prezidentini İlham Əliyevi təriflədiyinə görə ittiham etdi
İsmayıllıda iğtişaşlar təşkil etmək ittihamı ilə bu ilin fevralından Bakı İstintaq Təcridxanasında saxlanan REAL hərəkatının sədri İlqar Məmmədov Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya müraciət edib. “Media forum” saytının məlumatına görə, məhbus siyasətçi yazır: “İyulun 31-də Azərbaycan prezidenti İlham Əliyevin demokratik dəyərlərə bağlı insan kimi sizin “şəxsən” səciyyələndirmənizdən 40 gün keçir. Bu “şəxsi fikriniz” və ondan cəmi bir həftə əvvəl Avropa Parlamentində həbsimlə əlaqədar qəbul edilən qətnamə arasında kəskin uyuşmazlığa baxmayaraq diktatorların “yola verilməsinin” hərdən işə yaradığını hamımız bildiyimiz üçün dinməyib bir nəticə gözlədik.
Lakin mən hələ də barmaqlıqlar arxasındayam. Cari seçki ilində həbs edilmiş xeyli sayda digər demokratlar kimi. Onlardan bəziləri hətta Sizin o ifadədən sonra həbsə atılıb ki, bu da hadisələrin həqiqi ardıcıllığını sezməkdə çətinlik yaradır: yəni cənab Əliyevə o tərifi Avropa Parlamentinin qətnaməsindən bir həftə sonra verdiniz, yoxsa Avropa Birliyinin Əliyevlə böyük qaz anlaşmasından bir həftə əvvəl?
Yaratdığınız bu çaşqınlığı aşağıdakı addımlarla aradan qaldırmağa çağırıram: 1) faydasız tərifnamənizi tezliklə geri götürün; 2) Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair 2012-ci il mayın 23-də qəbul etdiyi digər bir qətnamənin icrasına Avropa Nazirlər Şurasını Siz də çağırın. O qətnamənin 16-cı paraqrafında Avropa Nazirlər Şurası “insan haqlarının pozulması davam etdiyi təqdirdə pozuntulara görə məsuliyyət daşıyan şəxslərə qarşı ünvanlı sanksiyaları nəzərdən keçirməyə” çağırılmışdı. İşimdə birbaşa əli olan və beləliklə də ünvanlı sanksiyalara layiq hakim və müstəntiqlərin siyahısını bu məktuba əlavə edirəm:
1. Emin Mehdiyev, Nəsimi Rayon Məhkəməsinin hakimi
2. Elmar Kərimov, Nəsimi Rayon Məhkəməsinin hakimi
3. Xumar Mərdanova, Nəsimi Rayon Məhkəməsinin hakimi
4. İkram Şirinov, Nəsimi Rayon Məhkəməsinin hakimi
5. Şəlalə Həsənova, Nəsimi Rayon Məhkəməsinin hakimi
6. Faiq Qasımov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
7. Sahibxan Mirzəyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi
8. Camal Ramazanov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
9. Əflatun Qasımov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
10. Mirzəli Abbasov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
11. Əmir Bayramov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
12. Mirpaşa Hüseynov , Bakı Apellyasiya Məhkəməsinin hakimi
13. Həsən Əhmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
14. Vaqif Mursaqulov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
15. Qail Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
16. Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
17. Abid Abdinbəyov, Bakı Apellyasiya Məhkəməsinin hakimi
18. Eldar Əhmədov, Baş Prokurorluğun idarə rəisi
19. Nadir Mirzəyev, Baş Prokurorluğun müstəntiqi
20. Pərviz İbayev, Baş Prokurorluğun müstəntiqi
21. Ramil Qurbanov, Baş Prokurorluğun müstəntiqi
22. Emil Qəhrəmanov, Baş Prokurorluğun müstəntiqi
23. Qasım Məmmədov, Baş Prokurorluğun müstəntiqi
24. Səttar Mirzəyev, Baş Prokurorluğun müstəntiqi
25. Rüstəm Usubov, baş prokurorun birinci müavini.