“Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildisə, böyük ehtimal ki, vahid namizəd özü ola bilər”. Bu fikirləri Modern.az-a açıqlamasında AXCP sədri Əli Kərimli bildirib.
AXCP sədri Milli Şuranln strategiyasıdan danışaraq bildirib ki, indi bizim müdafiə edəcəyimiz namizəd iki il müddətinə öz vəzifəsini yerinə yetirəcək:
“İki il keçid dövrü olacaq. Bu müddət ərzində referendum yolu ilə yeni konstitusiyanın qəbuluna nail olacaq,yeni parlament seçkilərinin həyata keçirilməsini təmin edəcəyik və yeni prezident seçkiləri keçiriləcək. Seçkilərdə də həmin şəxs namizəd olmayacaq Bu şərtlər daxilində öz namizədimizi yaxın günlər ərzində müəyyənləşdirəcəyik. Biz Milli Şuranın tərkibini formalaşdırmadan elan etsəydik, belə geniş tərkib olmazdı. Müəyyən mübahisəli məqamlar var idi”.
AXCP sədri Rüstəm İbrahimbəyovun sədr seçilməsinə də münasibət bildirib. “Kim istəyirsə, onu Milli Şuranın vahid namizədi kimi qəbul edə bilər. Rüstəm İbrahimbəyov sədri seçildisə, çox böyük ehtimal ki , vahid namizəd özü ola bilər”-deyə Ə.Kərimli bildirib.