Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən V qurultayında partiyanın struktur dəyişikliyi edilib, yeni sədr müavinləri seçilib. Partiyanın İdarə Heyətinin siyahısı a.ağdakı kimidir:
1. Əliyev İlham Heydər oğlu
2. Abutalıbov Hacıbala İbrahim oğlu
3. Əhmədov Əli Cavad oğlu
4. Əliyeva Mehriban Arif qızı
5. Əliyeva Nurlana Müzəffər qız
6. Əliyev Vaqif Qədir oğlu
7. Əlizadə Akif Ağamehdi oğlu
8. Həsənov Əli Məmmədəli oğlu
9. Həsənov Əli Şamil oğlu
10.Hümbətov Yusif Kərim oğlu
İ11.brahimov Eldar Rza oğlu
12.Xudiyev Nizami Mənaf oğlu
13.Kərimov Kərim Hacıxan oğlu
14.Qaralov Zahid İbrahim oğlu
15.Qurbanlı Mübariz Qəhrəman oğlu
16.Məhərrəmov Abel Məmmədəli oğlu
17.Muradova Bahar Əvəz qızı
18.Novruzov Siyavuş Dünyamalı oğlu
19.Rəhimzadə Arif Qafar oğlu
20.Talıbov Vasif Yusif oğlu
21.Zabelin Mixail Yuryeviç.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına bildirib ki, İdarə Heyətinə 5 nəfər yeni üzv seçilib. Əvvəlki üzvlərdən isə 3 nəfər İdarə Heyətindən kənarda qalıb.
Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov YAP İdarə Heyətinin yeni üzvləridirlər.
YAP İdarə Heyətinin V qurultayına qədərki üzvlərindən sabiq təhsil naziri Misir Mərdanov, Qaradağ Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Yaqub Əliyev və Milli Məclisin keçmiş deputatı Şahlar Əsgərov yeni heyətdən kənarda qalıblar.