«Ümid edirəm ki, bir iki günə məsələ yekunlaşar»
“Eldar Namazovla Rüstəm Ibrahimbəyovun görüşü baş tutub”. Bunu AzNews.az-a “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.
Onun sözlərinə görə, tərəflər Milli Şuranın nə vaxt elan ediləcəyi, qurumda kimlərin təmsil olunacağı ilə bağlı yekdil qərara gəliblər: “Eldarla indicə telefonla danışdım. O, mənə dedi ki, Rüstəm müəllimlə arasında yüksək səviyyədə bir görüş keçirilib. Görüşün müzakirə mövzusu isə Milli Şura olub. Hazırda Eldar müəllim Moskvadadır. Onun Türkiyəyə nə vaxt gedəcəyi isə bilinmir”.
Rüstəm Ibrahimbəyov isə “Azadlıq”a bildirib ki, Milli Şura ilə bağlı məsləhətləşmələr hələ davam edir: “Hələ məsələ tam başa çatmayıb. Məsləhətləşmələr davam edir, ilkin nəticələr var. Ümid edirəm ki, bir-iki günə məsələ yekunlaşar”.