Aprelin 30-da hüquq müdafiəçisi, AXCP üzvü Musa Rahim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qərar mayın 1-də Nəsimi Rayon Məhkəməsində çıxarılıb. Elə həmin gün Musa Rahim Bakı İstintaq Təcridxanasına aparılıb.
Musa Rahim digər AXCP üzvü Dəyanət Babayevlə birlikdə ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıb, sonradan buraxılmışdı. Mayın 2-də AXCP fəalı Dəyanət Babayevin işi üzrə də Nəsim rayon məhkəməsində proses keçirilib.
Vəkil Əsabəli Mustafayev M. Rahimlə D. Babayevin məhkəmə proseslərinin ayrı-ayrılıqda keçirilməsinin qanunazidd olduğunu bildirib. İşlərin bir məhkəmə prosesində araşdırılması üçün vəsatət qaldırıb. Bu vəsatətə mayın 6-da baxılacaq.
Musa Rahim və Dəyanət Babayev Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (xuliqanlıq) ittiham olunur.