Türkmənistan prezidenti Qurbanqulu Berdıməhmmədovun atdan yıxılmasının görüntüləri internetdə yayımlanıb.
Prezident Axaltəkə çaparları –Milli bayramına həsr edilmiş bayramda at çaparkən yıxılıb. Məlumata əsasən, ölkənin lideri yarışı udusa da, atı finişə çatanda büdrəyərək, çöküb.
Videoyazıda prezidentin yerə yıxılması aydın görünür. Onu təcili yardımla meydanda aparıblar. Bir müddət sonra o, mükafatlandırma mərasiminə zədəsi olmadan gəlib.