“Dortmund” alman finalı ehtimalını artırdı
Çempionlar Liqasının ½ mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın “Borrusiya Dortmund” komandası Madrid “Real”ını qəbul edib. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Meydan sahiblərinin bütün qollarını Robert Levandovski vurub. Hücumçu oyunun 8, 50, 55 və 66 (penalti) dəqiqələrində fərqlənib. Qonaqların yeganə qolunu 43-cü dəqiqədə «Dortmund» müdafiəçilərinin səhvindən sonra Kriştiano Ronaldu vurub. Bu hesab Almaniya klubuna təkrar oyun ərəfəsində böyük üstünlük verib.
azadliq.info