“Bizim mühafizəkar media İlham Əliyev adlı muhafizəkar düşmənindən niyə bu qədər çəkinir”
Türkiyənin “Yeni Əsr” qəzetinin yazarı Hüseyin Kocabıyık 7 aprel köşəsində Azərbaycan hakimiyyətinin korrupsiya əməllərində yer ayırmadıqları üçün öz ölkəsinin bəzi başqa nəşrlərini tənqid edib. H.Kocabıyık bu mövzuya köşəsində “Mühafizəkar qəzetlər” başlığı ilə keçid edir. Kocabıyık yazır:
“İki gündür dünya bir xəbərlə çalxalanır: Araşdırmaçı Jurnalistlər Konsorsiumunun yaydığı sənədlərə görə bir çox siyasətçi və dövlət adamının 32 trilyon dolların üzərində gizli hesabı ortaya çıxdı. Bunların başında Azərbaycan dövlət başçısı İlham Əliyev və qızlarının şirkətləri və inanılmaz böyüklükdə pulları gəlir. Azərbaycan bu xəbərlərlə çalxalanır, Türkiyənin böyük qazetləri doqquz sütuna manşet atır, amma nə hikmətdirsə bizim mühafizəkar mediadan “tık” yox. Bəs niyə? Mənə bunun açıqlaması lazımdır, yoxsa adına mühafizəkar media deyən quruluşların çox pis halda çirkaba bulaşdığı qənaətinə gələcəm.
Sualı təkrar soruşuram: Bizim mühafizəkar media İlham Əliyev adlı muhafizəkar düşmənindən niyə bu qədər çəkinir.Niyə onun Azərbaycandan oğurladığı pulların offşor hesablarda çıxmasına dair yazacaq bir neçə kəlmə tapmırlar?”.