İqtidarda Əliyevin gizli biznesi ilə bağlı faktlar onun sonuna mesaj kimi qiymətləndirilir
Vircin adalarındakı offşor şirkətlərlə bağlı faktların ictimailəşməsi və dünya mediasının bu sırada xüsusilə Ilham Əliyevin gizli biznesini önə çəkməsi Azərbaycan hakimiyyətində təşviş yaradıb.
“Azadlıq”a daxil olan məlumatlara görə, ofàààêfşor şirkətlərlə bağlı sənədlərin açıqlanmasının hakimiyyətdə təşviş yaratmasının iki səbəbi var. Əsas səbəb odur ki, iqtidarda bu “offşor dalğası”nın Əliyevin hakimiyyətinin sonunun yaxınlaşması kimi dəyərləndirilir. Hakimiyyətdə düşünürlər ki, dünyanın nüfuzlu media quruluşlarının Əliyevlər ailəsi bağlı faktları xüsusi qabartması təsadüfi deyil, bu YAP hakimiyyətinin sonuna bir mesajdır. Təşvişin başqa səbəbi isə hakimiyyətdəki bəzi məmurların da gizli biznesinin olması ilə bağlıdır. Əlbəttə ki, onlar Ilham Əliyevin bildiklərinin, lakin cəmiyyətin məlumatlı olmadığını faktların açılmasından ehtiyat etmirlər. Məsələ burasındadır ki, bəzi məmurların hətta hakimiyyətdə heç kimə bəlli olmayan şirkətləri mövcuddur. Həmin məmurlar məhz bu məsələnin üstünün açılmasından və buna görə hesab verməli olacaqlarından narahatdırlar. Tamamilə mümkündür ki, belə bir fakt ortaya çıxacağı təqdirdə Ilham Əliyev diqqəti öz üzərindən yayındırmaq üçün həmin məmurları qurban verə bilər. Bu baxımdan offşor şirkətlərə malik məmurlar çox böyük narahatlıq içindədir.
Hikmət