Onların Elşad Abdullayevlə söhbətinin mövzusu nə olub?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin əlində olan videolarla bağlı maraqlı məlumat almışıq. Məlumatda deyilir ki, sabiq rektorun videotekasında bir icra başçısı və nazirlərdən birinin qardaşının da görüntüsü var. Hər iki şəxsin Elşad Abdullayevlə söhbətinin mövzusu bizə bəlli deyil.
Hər iki şəxsin adı da bizə bəllidir, lakin hələlik açıqlamırıq. Yalnız onu qeyd edək ki, nazirin qardaşı da hazırda mühüm post tutur. Elşad Abdullayev mətbuata açıqlamalarında da bu şəxsin adını çəkib. Lakin onunla bağlı videogörüntünün olduğunu açıqlamayıb.
Əldə etdiyimiz bu məlumatı Elşad Abdullayevlə dəqiqləşdirməyə çalışacağıq.
Yada salaq ki, Elşad Abdullayev mətbuata açıqlamalarında onda 400-ə yaxın videonun olduğunu bəyan edib. Onun sözlərinə görə, əlində elə videolar var ki, ictimailəşdirsə ölkə qarışar.
Informasiya şöbəsi