“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Ben-Ladenin kürəkəni Süleyman M. Türkiyədə həbs edilib. Türkiyə mətbuatının xəbərinə görə, Süleyman M. Milli Istihbarat Təşkilatı və CIA-nın Ankarada keçirdiyi birgə əməliyyat zamanı tutulub. Beynəlxalq axtarışda olan Süleyman M.nin 2001-ci il, sentyabrın 11-dən harada olduğu bilinmirdi. Son vaxtlar isə onun Irandakı xüsusi bir düşərgədə təlim keçdiyi barədə xəbərlər yayılmışdı.
Iranı Səudiyyə Ərəbistanı vətəndaşı adı altında saxta sənədlə tərk edən Süleyman M.-nin Türkiyədə ətrafına bir qrup cəmlədiyi də məlum olub(Olaylar).