Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya televiziyasının aparıcısı Tina Kandelakinin ölkəyə girişinə qadağan qoyub.
AzadlıqRadiosunun Qazax xidməti – Azattık bildirir ki, Kandelaki sosial mediada “Qazaxıstanda rus dilinin dövlət səviyyəsində sıxışdırlmasını” iddia edən post yazıb.
Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib ki, “dövlət belə şeyləri heç vaxt bağışlamır”.
O əlavə edib ki, “Kandelaki heç vaxt Qazaxıstana gələ bilməyəcək, gəlsə də sərhəddən qaytarılacaq”.
Azadlıq radiosu