AXCP fəalı Vüsal Bayramovun ailəsinə təzyiq edilir. Bu barədə “Azadlıq”a məlumatı o özü verib. Onun sözlərinə görə, gənclərin “Əsgər ölümlərinə son!” aksiyasında iştirak edib:
“Aksiyada iştirakıma görə Nəsimi Rayon Məhkəməsinin qanunsuz qərarıyla 500 manat cərimə olunmuşam. Hazırda iş Apelyasiya Məhkəməsindədir. Bu gün (dünən – red.) atamı polis idarəsinə çağırıblar. Mən Göyçay rayonunda qeydiyyatdayam. Rayon polis idarəsinin rəisi Islam Hümbətov atamı çağıraraq ona deyib ki, övladını çağır gəlsin onunla profilaktik söhbət edək. Valideynimə bildirib ki, oğlun bir də mitinqə çıxsa, onu bir bahənəylə həbs etdirəcəyik. Atam isə deyib ki, oğlum müstəqil adamdır və mən onun işinə qarışmıram”.
Vüsal Bayramov deyir ki, bu cür təzyiqlər, cərimələr, hətta həbs də onu yolundan döndərə bilməyəcək: “Mən sona qədər meydanda olacam. Mitinqə çıxıb haqqımı tələb edəcəm”.
Ramin