Ermənistan parlamentinin spikeri Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşacağını bildirir

Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin müsbət istiqamətdə dəyişəcəyini istisna etmir.

“Türkiyə ilə münasibətlərimizdə, o cümlədən Türkiyə ilə sərhəddə hansısa müsbət irəliləyişlər olacağını istisna etmirəm”, deyə Simonyan cümə günü Yerevanda jurnalistlərə bildirib. 

O, Azərbaycanla münasibətlər haqqında danışarkən deyib ki, Yerevan Azərbaycan prezidentinin Ermənistanın 29,8 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıdığı haqqında bəyanatını gözləyir.

Contact.az