Sentyabrın 19-da Qarabağda vəziyyət gərginləşib. Bakı “lokal antiterror tədbirləri”nə başladığını elan edib, erməni silahlıların regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda erməni qüvvələrin olmadığını, hazırda regionda “irimiqyaslı təcavüz”ün baş verdiyini bəyan edib.
+++
Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin atəşkəs təklifini qəbul edib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti Qarabağdakı rejimin informasiya qərargahına istinadla məlumat yayıb.
Əhali köçürülür
Rusiya sülhməramlı kontingenti Qarabağın təhlükəli rayonlarından azı 2 min dinc sakini təxliyə edib. Onların yarıdan çoxu uşaqlardır. Bu haqda “İnterfaks” Rusiyanın Müdafiə Nazirliyinə (MN) istinadla xəbər verir.
İki min nəfərin min 49-nun uşaqlar olduğu bildirilir.
Rusiya MN sülhməramlı kontingentin Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə olduğunu vurğulayır. Məlumata görə, 30 müşahidə postunda vəziyyətin sutkaboyu monitorinqi aparılır, atəşkəs rejiminin qorunmasına nəzarət edilir. Nazirlik sentyabrın 19-da günorta 12-dən təmas boyunca atəşkəs rejiminin Azərbaycan tərəfdən çoxsaylı pozuntusunun qeydə alındığını bildirir.
Azadlıq radiosu