İctimai fəal Rail Abbasovun saxlandığı bildirilir.
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Abbasovu sentyabrın 19-da səhər saatlarında evdən çıxarkən polis saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirib: “Əvvəl şahid qismində dindirilib. Axşam o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanıb. Sabah, sentyabrın 20-də məhkəməyə çıxarılması gözlənilir”.
Vəkil əlavə edib ki, Abbasovla bağlı bir nəfərin şikayəti var: “Lakin o, özünü təqsirli bilmir”.
Amma o, şikayətin detallarını açıqlamayıb.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Həmin maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Azadlıq radiosu