Bir neçə gün sonra Vaşinqtonda ABŞ Dövlət Katibi Blinken və Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək.
Bu barədə cümə axşamı Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın XİN başçısı Ararat Mirzoyan bildirib.
“Ermənistan-Azərbaycan danışıqlarının konstruktiv davam etməsində və bu danışıqların konkret nəticələri olmasında maraqlı olan müxtəlif mərkəzlər var. Bir neçə gün əvvəl Soçidə Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin üçtərəfli görüşü keçirilib, bir neçə gün sonra Vaşinqtonda mən, Bayramov və Blinken arasında görüş keçiriləcək”, deyə o bildirib.
Contact.az