Noyabrın 2-də axşam vaxtı Təbriz əhalisi “Qırx metr” adlı məhəllədə etiraz aksiyası keçiriblər.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbriz əhalisi “Qırx metr” məhəlləsində etiraz aksiyası keçirərək, “azadlıq, ədalət, milli hökumət” məzmunlu plakat nümayiş etdirib.
Etirazçılar İran İslam Respublikası rejimi əleyhinə şüarlar səsləndirməklə yanaşı, milli şüarlar da səsləndiriblər. Bu etiraz aksiyasında səsləndirilən şüarlardan biri də “oğurluq, cinayət, molla işi xəyanət” olub.
Çərşənbə günü keçirilən həmin etirazda mitinqinə aid video-görüntülərdə Təbriz əhalisi qadınlara azadlıq tələb edərək, “millətlərə istiqlal, qadınlara azadlıq şüarını şəkləndirdikləri də müşahidə olunub.
Təbrizdə noyabrın 2-də keçirilən etiraz mitinqində “nə şahçıyam, nə şeyxçi millətçiyəm millətçi” və “Azərbaycan öz yolunu tapıbdı, vilayəti səltənəti atıbdı” şarlarını səsləndirərək monarxiya və vilayəti-fəqih sistemlərini rədd etdiklərini bildiriblər.
Amerikanın səsi