“Heç kim öz əməlini açıb deməz”
Mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov “Media forum” saytına açıqlama verib. O deyib ki, Elmarın qətlinin istintaqında yenilik yoxdur: “Əvvəllər bir az yazıb-pozdular, bitdi. Bu işlə heç kim məşğul olmur. 2013-cü ildə də istintaqdan heç bir şey gözləmirəm. Ona görə ki, istintaq bu işlə məşğul olmur. Ola bilər, gələcəkdə məşğul olsunlar. Amma hələ ki, mümkün deyil. Heç gözləmirəm də. Heç kim öz əməlini açıb deməz. Hər şeyin vaxtı var”.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.