Dekabrın 27-də prezident İlham Əliyev Hidayət Orucova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verərək onu Azərbaycanın Qırğızıstanda səfiri təyin edib.
Hidayət Orucov 1992-1993-cü illərdə Azərbaycan prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə milli siyasət məsələləri üzrə dövlət müşaviri, 2005-2006-cı illərdə milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri, 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.