“Gülər Əhmədova rəfiqəsinin ölüm xəbərinə münasibət bildirdi”
Sevinc Babayevanın ölümü haqda yayılan məlumatla əlaqədar “Media forum” saytı keçmiş deputat Gülər Əhmədovaya müraciət edib.
Gülər Əhmədova “Xəbər doğrudursa, sizcə, bu, istintaqın gedişinə necə təsir edə bilər” sualını eşidəndən sonra deyib: “Vallah, mən indi bir şey başa düşmürəm. Prokurorluqdan soruşun. Onlar deyə bilər. Səhhətimdə ciddi problemlər var, öz canımın hayındayam”.
Daha sonra Elşad Abdullayevə qarğış edən Gülər Əhmədova bildirib: “Bizi bu işə o saldı”.
Keçmiş deputat “Teleqraf.com“ saytının “Özünüzə qarşı təhlükə hiss edirsinizmi” sualına isə belə cavab verib ki, həyatdadır, yaşayır və vaxtı gələndə hamı kimi o da öləcək.