Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Suriya və Liviya problemləri ilə bağlı son durumu müzakirə ediblər. Bir sıra məsələləelə yanaşı Qarabağdakı vəziyyət də müzakirə olunub. Qeyd edilir ki, Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.
Eyni zamanda hər iki ölkənin xarici işlər idarələrinin və xüsusi xidmət orqanlarının fəaliyyətlərinin koordinasiyası müzakirə olunub.