ABŞ dövlət katibi Mike Pompeo Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə məlumatı Dövlət Departamentinin sözçüsü Morgan Ortagus yayıb.
Onun sözlərinə görə Pompeo Paşinyan və Əliyevlə ayrı-ayrılıqda danışıb.
Məlumatda deyilir ki, ABŞ dövlət katibi iki ölkənin liderlərini döyüş əməliyyatlarının dayandırlması və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu vasitəsilə diplomatik həlli barədə öhdəliklərinə əməl etməyə çağırıb.
Pompeo vurğulayıb ki, bu münaqişənin hərbi yolla çözümü yoxdur.
Dövlət katibi oktyabrın 10-da Moskvada əldə olunmuş atəşkəs razılaşmasının tam şəkildə icrasının mühümlüyünü bir daha qeyd edib