Bəxtiyar Hacıyev
Cənab Ilham Aliyev! Keçən il bir neçə nəfər məni israrla sizin yaxşı insan olduğunuza, əslində islahatlar aparmaq istədiyinizə, buna bəzi məmurların, onların trollarının mane olduğuna inandırmağa çalışmışdılar. Bildirirdilər ki, prezidenti sevmək və islahatlarda ona dəstək olmaq lazımdır.
O köhnə məmurlar getdi, ancaq sizin deputat qayırdığınız Fazil Q.(Qəzənfəroğlu) Mustafa və onun Milli Məclisdəki parta yoldaşı Etibar Q.(Qasım oğlu) Əliyev həm öz profillərindən, həm öz nəzarətlərində olan saxta troll profillərdən və səhifələrdən mənə və bir çox vətəndaşlara qarşı söyüş, böhtan və təhqir kampaniyasına başlayıblar. Faktları hüquq-mühafizə orqanlarına və Milli Məclis rəhbərliyinə təqdim etmişəm. Bunlar özlərini elə aparırlar ki, küçədəki ən tərbiyəsiz adam belə onlardan tərbiyəli görünür. Hakimiyyət bu qədər acizdir ki, bu iki tərbiyədən yoxsul şəxsə möhtac qalıb, onlar da o qədər acizdirlər ki, simasi cırılmış, dələduz birinə istinad etməkdən başqa çarələri qalmayıb.
Təbii ki, mən Fazil Q. Mustafa və Etibar Q. Əliyevin səviyyələrinə düşüb, onlara o dildə cavab verməyəcəm. Onların tərbiyəsizlik təcrübələri çoxdur, uşaqlıqdan eşidirlər o sözləri, onlarla rəqabət aparmaq mümkün olmayacaq.
Bu iki tərbiyəsiz Milli Məclisi təmsil edirlər, Milli Məclis də sizin xeyir-duanızla formalaşıb. Bu adamlar sizin icazəniz olmadan partiya sədri, millət vəkili adı qazana bilməzdilər. Onlar və saxta profilləri sizin, atanızın, xanımınızın, övladlarınızın fotolarını paylaşıb, təriflər yağdırıb, sonra vətəndaşları söyürlər. Bunun sizə qarşı hansı hisslər yaratdığını təxmin etməyiniz çətin olmaz.
Vaxtınız olanda düşünün. Fazil Q. Mustafa və Etibar Q. Əliyevin bu tərbiyəsiz davranışlarının sizə rəğbət, hörmət, yoxsa, hansı hiss oyatdığını təxmin edin.