Partiyanın Ali Məclis üzvü Nicat Abdullazadəyə də 30 sutka inzibati həbs cəzası verildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisin üzvü Nicat Abdullazadə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bu barədə AXCP-dən məlumat verilib. Məlumata görə, Abdullazadə saat 14 radələrində yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən dükana gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onu Binəqədi Rayon 43-cü polis bölməsinə, orada isə İXM-nin 211-ci maddəsiilə (epidemiya əlehinə karantin qaydalarını pozma) haqqında protokol tərtib edərək məhkəməyə aparıblar. Lakin məhkəmədə bəlli olub ki, Nicat Abdullazadənin evdən çıxmaq üçün SMS icazəsi var və icazənin vaxtı bitməyib. Bu üzdən hakim Vüsal Tağıyev onun barəsində tərtib olunmuş İXM-in 211-ci maddəsinə xitam verib. Nicat Abdullazadə İXM-nin 535.1-ci maddəsi ilə (polisə müqavimət) cəzalandırılıb.