Milli Şura növbəti mitinqə qərar verib. Mitinq martın 2-nə təyin edilib. Ünvan və saat eynidir – Məhsul stadionu, saat 15:00-17:00. Yeni mitinq qərarı barədə MŞ Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli Azərbaycan saatı yutub kanalındakı Sözarası proqramında canlı yayımda məlumat verib.
Aparıcı Qənimət Zahidlə söhbətdə AXCP sədri həmçinin 19 yanvar mitinqindən sonra yaranan vəziyyət, hakimiyyətin düşdüyü durum, bundan sonra ata biləcəyi addımlar, cəmiyyətin mitinq ovqatı, ölkədəki mövcud sosial-iqtisadi vəziyyət və b. məsələlər barədə danışıb.