Eks-prezidentin seçkidə missiyasi nədən ibarət olacaq?
Eks-prezident Ayaz Mütəllibov Azərbaycana qayıdan zaman siyasətlə məşğul olmayacağını bəyan etsə də, onun aktiv siyasi fəaliyyətə başladığı barədə məlumatlar var. “Azadlıq”a məlumat verən mənbə bildirib ki, Ayaz Mütəllibov hazırda nüfuzlu media quruluşları ilə danışıqlar apararaq təbliğatını qurmağa çalışır. Mənbənin sözlərinə görə, eks-prezident müsahibələrlə, açıqlamalarla gündəmə gələrək siyasi iddialarını ortaya qoyacaq.
Mənbə onu da əlavə edib ki, Ayaz Mütəllibovun “siyasətlə məşğul olmayacam” bəyanatının əksinə addımı atması “yuxarılar”la razılaşdırılıb. Mənbə deyib ki, eks-prezidentin siyasi səhnəyə çıxarılması hakimiyyətə çox vacibdir. “Burada iki məqsəd güdülür. Əgər müxalifət 2013-cü il prezident seçkisini boykot edərsə, Ayaz Mütəllibov seçkiyə legitimlik donu geyindirmək üçün hakimiyyətə lazım olacaq. Yox əgər müxalifət seçkiyə qatılacaqsa, bu halda Ayaz Mütəllibovun vəzifəsi müxalif elektoratı parçalamaq, son anda isə namizədliyini hakimiyyətin namizədinin xeyrinə götürmək olacaq”,- deyə mənbə əlavə edib.